Məşhurların narkotik əməliyyatı ilə bağlı test nəticələri açıqlandı


Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində məhkəmə-tibbi ekspertizadan keçirilən şübhəlilərin test nəticələri açıqlanıb.

Turkustan.az xəbər verir ki, ilkin mərhələdə nəticələri açıqlanan 16 nəfərdən 3-nün narkotik testi müsbət, 12-nin isə mənfi olub. Cansu Taşkından götürülən nümunələrdə isə kodein maddəsi aşkarlanıb.

İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosunun apardığı araşdırma çərçivəsində 24 şübhəli saxlanılıb. Onlar “fahişəlik və narkotik ticarəti”, “narkotik vasitələrin təmin edilməsi”, eləcə də “narkotik vasitələrdən istifadə və ya onların saxlanılması” kimi cinayətlərdə şübhəli bilinirlər.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunda aparılan müayinələrin nəticələrinə əsasən, Deniz Sözen, Ufuk Gündoğdu və Mehmet Cam Karcının narkotik testləri müsbət çıxıb.

Deniz Çakır, Muammer Kapucuoğlu, Pınar Bent, İbrahim Yılmaz, Cem Güler, İlknur Şahin, Işıl Işıq Demet, Burcu Özberk və Özden Kara da daxil olmaqla 12 nəfərin test nəticəsi mənfi olub.

Cansu Taşkının nümunələrində kodein aşkar edilməsi isə ayrıca qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ