İran günahı Kiyevə atdı: İtaliyalıları Kiyev öldürüb?


İran Küveytdə iki italiyalı hərbi mütəxəssisin ölümü ilə nəticələnən hücumu Ukraynanın təşkil etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

İranın nüvə danışıqları üzrə sabiq müşaviri Məhəmməd Mərandinin iddiasına görə, Kiyev Avropanı İranla münaqişəyə cəlb etmək və ABŞ-ın dəstəyini qazanmaq məqsədilə bu addımı atıb.

Qeyd edək ki, Küveyt və İtaliya hücuma görə İranın məsuliyyət daşıdığını hesab edir. Hadisə nəticəsində Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall”ın İtaliya bölməsində çalışan iki italiyalı mütəxəssis həlak olub.

İran isə hücumda iştirakını inkar edib. Ukraynanın hadisəyə aidiyyəti barədə hər hansı sübut təqdim olunmayıb.

Qeyd edək ki, ötən gün İranın Küveytə dron zərbəsi endirməsi nəticəsində Almaniyanın “Rheinmetall” şirkətinin İtaliyadan olan iki əməkdaşı həlak olub. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ