Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı


Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Batumidə keçirilən UEFA Avropa Liqası oyunu zamanı baş verən ciddi hadisələrlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr səfirə hadisələrlə bağlı Ankaranın narahatlığının çatdırıldığını və müxtəlif sübutların təqdim edildiyini bildiriblər.

Mənbələrin məlumatına görə, görüş zamanı hadisənin bütün aspektlərinin ətraflı araşdırılması tələb olunub.

Bundan əlavə, Türkiyə tərəfi vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqində və müdaxilədə məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsini, onların barəsində müvafiq hüquqi tədbirlərin görülməsini tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ