Suriyada mina partlayışı: 4 uşaq həlak oldu


Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin kənd ərazisində mina partlaması nəticəsində dörd uşaq həlak olub, daha iki uşaq yaralanıb.

Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına görə, hadisə İdlib əyalətinin Um Huzeym kəndində baş verib. Partlayışa keçmiş rejimə məxsus minanın səbəb olduğu bildirilir.

Hadisə nəticəsində dörd uşaq həyatını itirib, iki uşaq isə yaralanıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ