ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması münasibətilə yayımladığı videomüraciətdə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Turkustan.az xəbər verir ki, Tramp Azərbaycan və Ermənistan liderlərinə ABŞ-la əməkdaşlığa, həmçinin “Tramp marşrutu” layihəsinin praktiki icra mərhələsinə başlanmasını mümkün etdiklərinə görə təşəkkür edib.
“Bizimlə əməkdaşlıq etdiyinizə, bu günü mümkün etdiyinizə, həmçinin namizədliyimi Nobel Sülh Mükafatına irəli sürdüyünüzə görə təşəkkür edirəm”, – deyə Tramp bildirib./Modern.az