Alimlərdən ŞOK İDDİA: Neptunun kənarında gizli planetin izləri tapılıb


Alimlər Günəş sisteminin kənarında indiyədək kəşf edilməmiş nəhəng bir planetin mövcud ola biləcəyini irəli sürüblər.

Turkustan.az xəbər verir ki, “Planet X2” adlandırılan sirli göy cisminin Yerdən təxminən 1,5-2 dəfə böyük ola biləcəyi ehtimal edilir.

tədqiqatçılar Neptundan sonra, Günəş sisteminin uzaq bölgələrində yerləşən və indiyədək aşkar edilməyən başqa bir planetin mövcudluğu ehtimalını araşdırırlar.

Yaponiyanın Kindai Universitetinin alimi doktor Patryk Sofiya Lykawka bildirib ki, onilliklər ərzində Günəş sisteminin xəritəsini hazırladıqdan sonra bu müddət ərzində insanlardan gizli qalan başqa bir planetin kəşf edilməsi olduqca əhəmiyyətli hadisə olardı.

Onun sözlərinə görə, əgər belə bir planet həqiqətən mövcuddursa, bu, Günəş sisteminin tarixi və Günəşdən ən uzaqda yerləşən göy cisimlərinin qeyri-adi hərəkətləri barədə elmi təsəvvürləri dəyişə bilər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ