SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək


“İran xalqı rəhbərin (Əli Xamenei) qisası alınmasından başqa heç nə ilə razılaşmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmmədrza Nəqdi deyib.

“Qisas tələbi xalqın ümumi istəyidir, insanlar qisasdan başqa heç nə ilə razılaşmayacaqlar”, - o iddia edib.

Nəqdi əlavə edib ki, “Əli Xameneinin axan qanının yerdə qalmaması tələbi” yeni məsələ deyil və bu tələb bundan sonra da olacaq.

SEPAH baş komandanının müşaviri vurğulayıb: “Rəhbərin qatillərindən qisas alınmadan müharibə başa çatmayacaq və həmin qisas mütləq alınacaq”.

Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehrana hücumu zamanı öldürülüb./Teleqraf


MANŞET XƏBƏRLƏRİ