Tramp Heqsetin vəzifədən alınması çağırışlarına cavab verdi


ABŞ Prezidenti Donald Tramp Respublikaçıların 3 noyabr ara seçkilərində həm Nümayəndələr Palatasında, həm də Senatda məğlub olmasından sonra müdafiə naziri Pit Heqsetin istefası ilə bağlı çağırışlara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Tramp ABC telekanalının müxbiri Conatan Karlaya açıqlamasında Heqseti vəzifəsində saxlamaq niyyətində olduğunu deyib.

“Onu bu vəzifədə saxlamaq niyyətindəyəm”, – deyə Tramp müdafiə nazirinin işdən çıxarılması ilə bağlı çağırışlara cavab olaraq bildirib.

Heqsetlə bağlı aldığı mənfi rəylərə də toxunan Tramp “Bu barədə mənə telefon zəngləri gəlir. Niyə olduğunu bilmirəm”, – deyə qeyd edib.

Tramp, həmçinin Demokratların Konqresdə vəzifəyə başlamasına qədər, yanvar ayında Senatda yeni müdafiə naziri namizədinin təsdiqlənməsinin daha asan ola biləcəyini əlavə edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ