Aİ Ukraynaya 4,36 milyard avro maliyyə yardımı ayırdı


Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibəni davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirir.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyası 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq dəstək proqramı çərçivəsində Ukraynaya 4,36 milyard avro vəsait köçürüb.

Bildirilib ki, ayrılan vəsait Ukraynanın maliyyə ehtiyaclarının ödənilməsinə, dövlət qurumlarının və mühüm ictimai xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəldiləcək. Həmçinin bu yardım ölkənin təcili müdafiə ehtiyaclarının, o cümlədən zəruri hərbi avadanlıqlarla təminatının qarşılanmasına kömək edəcək.

Ödənişin 3,7 milyard avrosu 2026-cı il üçün razılaşdırılmış makromaliyyə yardımının ikinci tranşını, 658 milyon avrosu isə kreditin müdafiə komponentini əhatə edir.

Avropa Komissiyası qeyd edib ki, ayrılan vəsait Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün pilotsuz uçuş aparatları (PUA), raketlər, radarlar, elektron müharibə sistemləri və sursatların tədarükünü dəstəkləyəcək.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ