Havada bomba həyəcanı! Fransız təyyarələri havaya qalxdı


İrlandiyanın Dublin şəhərindən İtaliyanın Roma şəhərinə uçan sərnişin təyyarəsində bomba təhlükəsi səbəbindən həyəcan siqnalı qaldırılıb.

Turkustan.az xəbər verir ki, şübhəli zəngdən sonra marşrutunu dəyişən təyyarə Fransa Hərbi Hava Qüvvələrinə məsub qırıcıların müşayiəti ilə Fransadakı hərbi hava bazasına təhlükəsiz eniş edib.

Göyərtədə olan 151 sərnişin və 6 heyət üzvü dərhal təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə yerinə cəlb edilən bomba zərərsizləşdirmə qrupları təyyarədə axtarış və yoxlama işlərinə başlayıblar.

Fransa Müdafiə Nazirliyindən (Sebastyan Lekornunun ofisindən) verilən açıqlamada aidiyyəti qurumların vəziyyəti diqqətlə nəzarətdə saxladığı və sərnişinlərin təhlükəsizliyinin tam təmin edildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ