Nyu-Yorkun Bruklin rayonunda ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində altı nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Turkustan.az xəbər verir ki, Nyu-York Yanğından Mühafizə İdarəsinin məlumatına görə, yanğın gecə saatlarında Sanset Park məhəlləsindəki ikimərtəbəli evdə baş verib.
200-dən çox yanğınsöndürənin cəlb olunduğu əməliyyat nəticəsində yanğın üç saatdan sonra nəzarətə götürülüb.
Hadisə zamanı üçü yanğınsöndürən olmaqla, yeddi nəfər xəsarət alıb. Altı nəfərin həyatını itirdiyi bildirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
Aytən Yaşar/Turkustan.az