Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?


Bu ilin 31 oktyabr tarixində, Türkiyə-İran sərhədində yerləşən Engin Mayın sərhəd-keçid məntəqəsi ərazisində sərhəd pozuntusuna müdaxilə edən Türkiyə ordusunun əsgəri Yusif Səid Ünlü İran tərəfindən açıldığı ehtimal edilən atəş nəticəsində şəhid olub.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Hadisədən dərhal sonra hüquqi və inzibati araşdırmalara başlanılmış, 3 noyabr 2026-cı il tarixində isə hadisə yerində İran rəsmiləri ilə görüş keçirilmişdir. İran rəsmilərinin də sözügedən hadisəni aydınlaşdırmaq məqsədilə hüquqi və inzibati araşdırmalara başladıqları məlum olub. Hadisənin bütün təfərrüatının üzə çıxarılması istiqamətində işlər diqqətlə və İran tərəfi ilə koordinasiya şəraitində davam etdirilir”, - məlumatda vurğulanıb.

xxx

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd keçidi ilə bağlı insidentə müdaxilə edərkən açılan atəş nəticəsində yaralanan müqaviləli əsgər Yusif Səid Ünlü göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada vəfat edib”, - məlumatda bildirilib./axar.az


MANŞET XƏBƏRLƏRİ