2027-ci ildə Ermənistan dövlət büdcəsinin ən böyük xərc istiqamətlərindən biri pensiya təminatı olacaq. Gələn ilin dövlət büdcəsi layihəsində bu məqsədlə təxminən 674 milyard dram vəsait nəzərdə tutulub.
Turkustan.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin 2027-ci il dövlət büdcəsi layihəsində qeyd olunub.
Pensiya təminatına ayrılacaq vəsait müdafiə xərcləri üçün nəzərdə tutulan 613,8 milyard dramdan təxminən 60 milyard dram çoxdur.
Büdcə layihəsinə əsasən, Ermənistan Müdafiə Nazirliyinin ümumi büdcəsi 616,5 milyard dram təşkil edəcək. Bu məbləğin 613,8 milyard dramı “Ermənistan Respublikasının Silahlı Qüvvələrinin strateji yerləşdirilməsini təmin edən döyüş hazırlığının qorunması və dövlət sərhədlərinin xarici düşməndən müdafiəsi” proqramına yönəldiləcək.
Bununla yanaşı, Müdafiə Nazirliyinin büdcəsindən hərbi-tibbi xidmət və tibbi xidmətlərin göstərilməsi üçün 1 milyard dramdan çox vəsait ayrılması nəzərdə tutulur./modern.az