Ben-Qvirdən qalmaqallı çağırış: Fələstin Muxtariyyəti ləğv edilsin


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Xevronda baş verən toqquşmalardan sonra Fələstin Muxtariyyətinin ləğv edilməsinə çağırıb.

Turkustan.az xəbər verir ki, Ben-Qvir sosial şəbəkədə yayılan videoda fələstinlilər və israillilərin birgə istifadə etdiyi məkanların bağlanmasını müdafiə edib.

İfrat sağçı nazir fələstinlilərin hərəkət azadlığının məhdudlaşdırılmasını və Fələstin Muxtariyyətinin buraxılmasını tələb edib.

Bu arada, İsrail ordusu səhər saatlarında baş verən silahlı toqquşmadan sonra Xevronda basqınlarını gücləndirib. Hadisə nəticəsində iki fələstinli ölüb, beş israilli yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ