Putin Trampın xahişini icra etdi - Onu azadlığa buraxdı


ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Stiven Habardın azadlığa buraxılmasına görə ona təşəkkür edib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya lideri öz növbəsində Habardın artıq Sankt-Peterburqdakı Pulkovo hava limanında olduğunu bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Putindən Stiven Habardın azadlığa buraxılmasını xahiş etdiyini açıqlamışdı.

Stiven Habard Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak etməkdə təqsirli bilinərək Rusiyada məhkum edilib.

Moskva Şəhər Məhkəməsi 2024-cü il oktyabrın 7-də onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Habard ona qarşı irəli sürülən ittihamların mahiyyəti üzrə təqsirini etiraf edib./modern.az


MANŞET XƏBƏRLƏRİ