“Fəaliyyət göstərəcək infrastruktur və qurulacaq münasibətlər bir neçə əsas prinsipə söykənəcək. Bunlar suverenlik, ərazi bütövlüyü və yurisdiksiyadır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Ermənistanla Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə dair strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası barədə qanun layihəsini təqdim edərkən bildirib.
“Əvvəlki sənəddə olduğu kimi, suverenlik sözü ilə bağlı spekulyasiyalara yol verilməməsi üçün əvvəlcədən hesablamışıq ki, bu sənəddə infrastrukturla bağlı suverenlik sözü 8 dəfə işlədilib. Bu, aşağıdakı kontekstdə qeyd olunur: infrastruktur və proseslər üzərində Ermənistanın suverenliyi təsdiqlənir.
Ermənistan öz sərhədləri və gömrük əməliyyatları üzərində tam suverenliyini və yurisdiksiyasını qoruyub saxlayır, sərhədlərin səmərəli idarə olunmasını təmin etməyi öhdəsinə götürür və bütün sərhəd nəzarət-buraxılış məntəqələrində fiziki mövcudluğunu saxlamaq hüququna malikdir”, – deyə Mirzoyan əlavə edib./Globalinfo.az