Rusiyada Ukrayna sammiti: Putin Vitkovu qəbul etdi


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə son qoyulması yollarını müzakirə etmək üçün Sankt-Peterburqda görüşüblər.

Turkustan.az xəbər verir ki, görüş zamanı Vitkoff ABŞ-ın münaqişənin həlli ilə bağlı təkliflərini Putinə təqdim edib.

Putin Vitkoffu Sankt-Peterburqdakı Konstantinovski sarayında qəbul edib. Görüşdə Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak ediblər.

Görüşün mətbuata açıq hissəsində Putin Trampa Ukrayna böhranının həllinə göstərdiyi marağa görə təşəkkür edib. O bildirib ki, ABŞ lideri bu məsələyə humanitar səbəblərdən xüsusi əhəmiyyət verir.

Putin Trampla son görüşündə Ukraynadakı münaqişənin başa çatdırılmasının vacibliyinin müzakirə olunduğunu xatırladıb.

“Son görüşümüzdə Tramp vurğulayıb ki, əsgərlər və mülki şəxslər arasında insan itkilərinin qarşısını almaq üçün münaqişəyə son qoyulmalıdır”, – Putin bildirib.

Rusiya lideri humanitar məsələlərin həllinə verdiyi töhfələrə görə Trampa və onun həyat yoldaşı Melaniyaya da təşəkkür edib. O, həmçinin Rusiyanın ABŞ ilə ikitərəfli münasibətləri, xüsusilə iqtisadi əməkdaşlığı bərpa etməkdə maraqlı olduğunu vurğulayıb.

Rusiyada yüksək səviyyəli Ukrayna sammiti: Putin Trampın nümayəndəsi Vitkovu qəbul edir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ