Dövlət Sərhəd Xidməti azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib.
Modern.az sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.
Qeyd edək ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.