Sançez onunla görüşməkdən imtina edən Argentina liderini belə ələ saldı


İspaniyanın Baş naziri Pedro Sançez Argentinanın Prezidenti Xavyer Mileiyə istehzalı “xoş gəlmisiniz” mesajı göndərib.

Turkustan.az xəbər verir ki, Milei İspaniyaya səfəri zamanı Sançezlə görüşməkdən imtina edib və solçuları təhqir edən açıqlamalar verib.

Sançezin rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Madriddəki qərargahında asılan bannerdə bu sözlər yer alıb: “Salam, Milei! Kişi və qadın solçular sizi Avropanın ən yüksək iqtisadi artımına malik ölkəsi olan İspaniyada salamlayırlar”.

Milei 2023-cü ilin dekabrında Argentina prezidenti vəzifəsinə başladıqdan sonra İspaniyaya yeddinci səfərini edib.

Əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də Milei İspaniyaya tədbir iştirakçısı kimi gedib və səfər rəsmi status daşımır. Onun İspaniya Kralı VI Felipe və Baş nazir Pedro Sançezlə görüşü nəzərdə tutulmayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ