ABŞ-ın İrana mümkün hücum zamanı “bütün bombaların anası” kimi tanınan GBU-43/B (MOAB) bombasından istifadə edə biləcəyi ilə bağlı iddialara Tehrandan cavab gəlib.
Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi ölkəsinin yeni silah təqdim etməyə hazırlaşdığını bildirib.
Mühibbi ABŞ-ın mümkün hərbi əməliyyatlarda MOAB bombasından istifadə edə biləcəyi barədə iddialara münasibət bildirərkən deyib: “Biz bütün bombaların atasını təqdim etmək prosesindəyik”.
İran rəsmisinin bu açıqlaması Vaşinqtonun mümkün hücum planları ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda diqqət çəkib. Bununla belə, İranın hansı silahı təqdim etməyə hazırlaşdığı barədə açıqlamada konkret məlumat verilməyib.
Aytən Yaşar/Turkustan.az