Zelenski “xəyanət” dedi, Fransa XİN rəhbəri cavab verdi


Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə dizel yanacağına dair razılaşmasını şərh edib. O bildirib ki, “bir neçə on min barel heç nəyi dəyişməyəcək”.

Turkustan.az xəbər verir ki, Barro bu barədə “France Inter” radiosuna müsahibəsində danışıb.

Nazir müsahibəsində Ukraynaya yardım, ABŞ-Rusiya arasında dizel yanacağı razılaşması və Fransada gələn il keçiriləcək seçkilərlə bağlı məsələlərə toxunub.

Barro Trampın Rusiyanın neft və təbii qaz sektoruna qarşı sanksiyaları ləğv etməsi və Putinlə dizel yanacağı müqaviləsi bağlamasının əhəmiyyətini azaldıb. O, Qərb ölkələrinin Rusiyaya qarşı mövqelərini qoruduğunu vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin “xəyanət” adlandırdığı razılaşmanı şərh edən Barro bildirib ki, Ukraynada müharibə başlayandan bəri tətbiq edilən beynəlxalq sanksiyalar Rusiyanın neft hasilatının azalmasına səbəb olub.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ