Tramp İrandan sonra Yaxın Şərqdə yeni müharibəyə hazırlaşır


ABŞ Prezidenti Donald Tramp husilərin Səudiyyə Ərəbistanına qarşı son raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Tramp hücumların arxasında İranın dayandığını iddia edib və husilərin noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən əvvəl neft qiymətlərini qəsdən artırmağa çalışdıqlarını bildirib.

“İranın təhrik etdiyi husilər yenidən ortaya çıxıb. Onlar ABŞ seçkilərindən əvvəl qəsdən neft qiymətlərini artırmağa çalışırlar. Seçkilərdən sonra da vəzifədə olacağam və bunu heç vaxt unutmayacağam”, – deyə, Tramp vurğulayıb.

ABŞ Prezidenti husilərin əvvəlki hücumlardan lazımi nəticə çıxarmadıqlarını da bildirib.

“Husilər çox pis davranırlar. Bir il əvvəl onları bombaladığımızı, həyatlarını cəhənnəmə çevirdiyimizi və öz istəkləri ilə əməliyyatları dayandırdığımızı xatırlayıram. Düşünürdüm ki, bundan dərs çıxarıblar”, – deyə, Tramp qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ