İran Omanla Hörmüz boğazından tranzit qaydaları ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə Rusiyanın RİA Novosti agentliyinə müsahibəsində danışıb.
“Biz Omanla Hörmüz boğazı ilə bağlı lazımi razılığa gəldik”, – deyə Qəribabadi bildirib. Onun sözlərinə görə, müəyyən şərtlər yerinə yetirildikdən sonra İran və Oman müvafiq razılaşmanı Beynəlxalq Dəniz Təşkilatında qeydiyyatdan keçirə bilərlər.
Qəribabadi qeyd edib ki, razılaşmanın Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata alınması Hörmüz boğazının açılması demək deyil. O vurğulayıb ki, boğaz yalnız ABŞ öz öhdəliklərini yerinə yetirdiyi halda açılacaq.
Aytən Yaşar/Turkustan.az