Ankara-Tehran xəttində təmas: Fidan Əraqçi ilə danışdı


Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 13-də baş tutan danışıq zamanı regionda baş verən son hadisələr müzakirə olunub.

Tərəflər, həmçinin davam edən münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəyərləndiriblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ