Tramp: Husilər çox səhv hərəkətlər edirlər


ABŞ Prezidenti Donald Tramp Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırmasını tənqid edib.

Turkustan.az xəbər verir ki, o, bu hücumların ABŞ-da keçiriləcək aralıq Konqres seçkilərinə təsirini nəzərə almadığını bildirib.

Tramp Ohayo ştatında seçki kampaniyası mitinqində iştirak etmək üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırıb.

Son dövrlərdə Səudiyyə Ərəbistanına hücumlarını artıran Husilərlə bağlı suala cavab verən Tramp deyib: “Husilər səhv şeylər edirlər, çox səhv şeylər edirlər. Bu, heç də yaxşı deyil”.

Husi hücumlarının artması ilə ABŞ-da keçiriləcək aralıq Konqres seçkiləri arasında əlaqə görüb-görmədiyi barədə sualı cavablandıran Tramp bunun seçkilərə necə təsir edəcəyini bilmədiyini və bu amili nəzərə almadığını bildirib.

“Bildiyim tək şey odur ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və bu, artıq məlumdur. Onların heç vaxt nüvə silahı olmayacaq. Amma husilər səhv hərəkət edirlər”, – deyə ABŞ prezidenti vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ