İranda qızlar başını necə bağlayır? - Fotolar


Son həftələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktəblərdə vahid geyim formalarının standartlaşdırılması və pedaqoji heyətin geyim qaydaları ilə bağlı yeni qərarları həm də İran mediasında, sosial şəbəkələrində müzakirə edilir və bu məqamdan ölkəmizə qarşı təbliğat üçün sui-istifadə edilir.

Bəs, başörtüsününü məcburi olduğu İran İslam Respublikasında reallıq necədir?

Turkustan.az Axar.az-a istinadla xəbər verir ki, İranda orta məktəb, universitetlər və rəsmi idarələrdəki başörtüsü ilə ictimai yerlərdəki başörtüsü arasında xeyli fərq var. Başını bağlamayanlara qarşı sərt cəzalar tətbiq edilsə də, cəmiyyətdə başörtüsü simvolik olaraq qəbul edilir.

Nümunələri təqdim edək:

Orta məktəblərdə

Saçın tamamilə görünməməsi məcburiyyəti yoxdur, əksinə, bəzi uşaqlar bu məcburi başörtüsünü bəzək formasına çevirir:

Ali məktəblərdə

Ali məktəblərdə də qızların başörtüsündən tamamilə boyun-boğaz və saçını gizləmək üçün istifadə etmədiyi üzə çıxır:

Rəsmi idarələrdə

Rəsmi qurumlarda başın örtülməsi daha ciddi və rəsmidir:

Ticarət mərkəzlərində

İran cəmiyyəti üçün ən səmərəli istirahət, gəzinti yerlərindən biri də ticarət mərkəzləridir. Bu mərkəzlərdə xanımlar ümumiyyətlə başörtüsündən istifadə etmirlər:

Şəhərdə

Şəhərə çıxarkən xanımlar adətən yüngül başörtülərindən (baş yaylığı, kəlağayı və s.) istifadə edirlər. Bu zaman saçın və üzün əhəmiyyətli hissəsi açıq olur. Bəzi hallarda isə başörtüsü çiyinə sürüşür və bu, adi qəbul olunur:

Bu baxımdan qəribədir ki, İran sosial şəbəkələrində İslam Respublikasının özündə tətbiqi mümkün olmayan, yalnız efirdə nümayiş etdirilən “tərz”in Azərbaycanda təbliğinə çalışılır.


MANŞET XƏBƏRLƏRİ