Mərkəzi Amerika ölkəsi Panamada 6,1 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində tələfat və ciddi dağıntı baş verməyib.
Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri paytaxt Panama şəhərindən təxminən 300 kilometr məsafədə yerləşən Rio Qrande şəhərindən 18 kilometr qərbdə olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Mülki müdafiə qruplarının ilkin qiymətləndirmələrinə əsasən, zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.
Qeyd edək ki, oktyabrın 9-da Panamada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb, yüzlərlə insan evsiz qalıb.
Aytən Yaşar/Turkustan.az