Türkiyə Azərbaycanda itaətsizlik planı hazırlayır? - Şok detallar


Ərdoğanın baş müşaviri Oktay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, “hicablı tələblərin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin “hicab qadağası” kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri – çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir.

Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, “Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq”.

ASKON Türkiyə hakimiyyətinə yaxın şirkətdir, Azərbaycanda da fəaliyyət göstərir. Bu şirkətin verdiyi açıqlama – məktəbli geyimini qəbul etməyən şagirdlərin Türkiyədə təhsil almasını təşkil etmək istəyi nə deməkdir?

1. Azərbaycan dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilədir;
2. Qərara əməl edilməsi və tam icra olunması perspektivlərini sıradan çıxarmaqdır.

ASKON-nun təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər.

Bu təklifin-planın Türkiyə hakimiyyətinin yanaşması olduğu istisna edilməməlidir, xüsusilə Oktay Saralın açıqlaması fonunda. Və kifayət qədər təhlükəli mövqedir./publika.az


MANŞET XƏBƏRLƏRİ