Misir Məkkə Birgə Müdafiə Müqaviləsinə qoşulmağı ciddi şəkildə nəzərdən keçirir.
Turkustan.az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) illik iclaslarında iştirak etmək üçün səfərdə olduğu Banqkokda “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarından sonra Misirin bu ölkəyə hərbi dəstək vermək ehtimalı ilə bağlı suala cavab verən nazir Qahirənin Ər-Riyadın müraciətlərinə müsbət yanaşacağını vurğulayıb.
“Səudiyyə Ərəbistanı nə istəsə, biz mütləq cavab verərik. Heç bir şərt qoymadan hər cür dəstəyi təmin edirik”, – deyə Əbdüləti bildirib.
Nazir Misirin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağı ciddi şəkildə nəzərdən keçirdiyini bir daha qeyd edib. O, Qahirənin sazişi imzalayan hər üç ölkə ilə yaxın münasibətlərə malik olduğunu vurğulayıb.
Aytən Yaşar/Turkustan.az