Fransada orta məktəb şagirdlərinin təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərə ayrılan dövlət vəsaitinin və işçi heyətinin artırılması tələbi ilə keçirilən etiraz aksiyaları iki həftəyə yaxındır davam edir.
Turkustan.az xəbər verir ki, hökumətin tədbir görəcəyi ilə bağlı vədlərinə baxmayaraq, etirazçılar görülən işləri yetərli hesab etmirlər. Təhsil həmkarlar ittifaqları aksiyalara dəstək məqsədilə tətil elan ediblər.
Parisdəki tələbə həmkarlar ittifaqları sosial media hesabları vasitəsilə orta məktəb şagirdlərini Əlillər Evi meydanında (Place de la Invalides) toplaşmağa çağırıblar.
Əsasən Parisdə, eləcə də Renn, Puatye, Tuluza, Lion və Marseldə minlərlə insanın iştirakı ilə etiraz aksiyalarının davam edəcəyi gözlənilir.
Aytən Yaşar/Turkustan.az