ABŞ Prezidenti Donald Tramp Alyaskaya səfərindən əvvəl Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandırıb və gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Yəməndəki son hadisələrə toxunan Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyini bildirib.
“Prezident Ərdoğanla görüşə bilərəm. O, mənim yaxın dostumdur. Ona böyük hörmətim var”, – deyə, Tramp qeyd edib.
Ukrayna ilə münasibətlərə də toxunan ABŞ lideri Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmadığını vurğulayıb.
“Biz Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmamışıq. Hələ də onlara kömək edirik və bu müharibənin bitməsini istəyirik”, – deyə o bildirib.
Rusiya ilə əldə olunan dizel yanacağı razılaşması barədə danışan Tramp bunun təkcə ABŞ üçün deyil, bütün dünya üçün əhəmiyyətli olduğunu deyib.
“Bu, yalnız bizim üçün deyil, bütün dünya üçündür. Dizel bütün dünya üçün əlçatan olacaq”, – deyə, ABŞ Prezidenti vurğulayıb.
ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Qillfoylun vəzifədən ayrılması məsələsinə münasibət bildirən Tramp isə onun fəaliyyətini müsbət qiymətləndirsə də, barəsində yayılan məlumatlardan narazı qaldığını bildirib.
“O, orada yaxşı iş görürdü, amma onun haqqında oxuduqlarım xoşuma gəlmədi”, – deyə, Tramp qeyd edib.
Aytən Yaşar/Turkustan.az