Qiyaməti xatırladan dəhşətli daşqın: Onlarla bina bir anda yox oldu - Video


Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb.

Turkustan.az-ın "The Kathmandu Post" qəzetinə istinadən verdiyi məlumata görə, fəlakət 11 oktyabr səhər Budhi-Qandaki çayında qeydə alınıb.

Güclü axın bir neçə evi, iki asma piyada körpüsünü və avtomobil körpüsünü yuyub aparıb.

Bundan əlavə, daşqın Budhi-Qanda su elektrik stansiyasının tikinti sahəsinə ciddi ziyan vurub və bəzi avadanlıqları məhv edib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır./publika.az


MANŞET XƏBƏRLƏRİ