Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərində oktyabrın 7-də Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Turkustan.az xəbər verir ki, onlardan beşinin uşaq olduğu bildirilir. Daha 55 nəfər yaralanıb.
Bu barədə Çerniqov vilayəti üzrə Milli Polis Baş İdarəsi məlumat yayıb.
Saat 18:30-a olan məlumata görə, hücum nəticəsində 55 nəfər yaralanıb. Polis müstəntiqləri çoxmərtəbəli binalarda 346 dağıdılmış və zədələnmiş mənzili, 9 fərdi yaşayış binasını və 34 avtomobili araşdırıblar.
Aytən Yaşar/ Turkustan.az