ABŞ-ın İranla müharibəsində hərbi itkilərin miqyası açıqlanıb. Sızdırılmış hesabatda müharibənin ABŞ-a milyardlarla dollar zərər vurduğu bildirilir.
Turkustan.az xəbər verir ki, Konqres Tədqiqat Xidmətinin (CRS) hesabatına görə, müharibənin başlanmasından bu yana ən azı 81 ABŞ hərbi təyyarəsi məhv olub və ya zədələnib.
Hesabatda qeyd olunur ki, itki və zərər görən təyyarələrin ümumi dəyəri 3,3 milyard dollara qədər qiymətləndirilir.
Bu rəqəmlər ABŞ-ın İranla müharibəsinin Vaşinqtona vurduğu hərbi və maliyyə zərərinin miqyasını göstərir.
Aytən Yaşar/ Turkustan.az