Yunanıstandan Hörmüz qərarı: Əməliyyatlara qoşulur


Yunanıstanın xarici işlər naziri Giorgos Ierapetritis ölkəsinin müəyyən şərtlər və davamlı sülh prosesi çərçivəsində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üzrə əməliyyatda iştirak edə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Ierapetritis bunu ABŞ dövlət katibi Marko Rubio ilə Afinada keçirilən birgə mətbuat konfransında deyib. Rubio ABŞ-Yunanıstan Strateji Dialoqunun 6-cı raundunda iştirak etmək üçün Afinaya səfər edib.

Yunanıstanın xarici işlər naziri bildirib ki, Rubio ilə görüşdə müdafiə əməkdaşlığı, enerji, regional proseslər və ikitərəfli münasibətlər müzakirə olunub.

Ierapetritis Rubionun səfərinin beynəlxalq səviyyədə gərginliyin və qeyri-sabitliyin artdığı bir dövrə təsadüf etdiyini qeyd edib.

Nazir Yunanıstanın ABŞ ilə strateji münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ