ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş yüksək vəzifəli əməkdaşı hökuməti 195 milyon dollardan çox məbləğdə aldatmaq məqsədilə “saxta gizli proqramlar” yaratmaqda təqsirli olduğunu etiraf edib.
Turkustan.az xəbər verir ki, Devid Raşın məhkəməsi Virciniya ştatındakı federal məhkəmədə keçirilib. Raş MKİ-dən ayrılmazdan əvvəl casusluq əməliyyatlarında istifadə olunan texnologiyaların hazırlanmasına cavabdeh olan Elm və Texnologiya İdarəsində yüksək vəzifədə çalışıb.
“Washington Post”un məlumatına görə, məhkəmə sənədlərində Raşın MKİ daxilində “saxta gizli proqramlar” yaratdığı iddia olunur. O, 2025-ci ilin noyabrından 2026-cı ilin martınadək əməliyyat xərcləri adı altında hökumətdən 195 milyon dollardan çox vəsait, həmçinin xarici valyuta və qızıl tələb edib.
Aytən Yaşar/ Turkustan.az