ŞAD XƏBƏR: Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA


Azərbaycanda yeni doğulan uşaqlara dövlət tərəfindən aylıq və ya birdəfəlik ödənişin verilməsi məsələsi yenidən gündəmə gələ bilər. Xüsusilə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr ərəfəsində bu istiqamətdə hər hansı qərarın qəbul edilib-edilməyəcəyi maraq doğurur.

Bəs gələn ildən yeni doğulan uşaqlara “uşaq pulu” verilməsi mümkün olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir ödənişin tətbiqi həm dövlət büdcəsinin müzakirələri zamanı, həm də Nazirlər Kabinetinin qərarı ilə mümkün ola bilər:

“Büdcə müzakirələri oktyabrın sonu – noyabrın əvvəlində başlayacaq. Yaxud Nazirlər Kabinetinin qərarı ilə belə bir addımın atılması mümkündür.

Hələlik bununla bağlı müzakirələr olsa da, hansısa qərarvermə mexanizminin yaradılması ilə bağlı məlumat yoxdur. Ümid edək ki, olacaq. Ancaq büdcə müzakirələri zamanı çox güman ki, məsələ parlamentdə gündəmə gələcək”.

Beləliklə, gələn ildən yeni doğulan uşaqlara aylıq və ya birdəfəlik “uşaq pulu”nun verilib-verilməyəcəyi ilə bağlı yekun qərarın dövlət büdcəsi müzakirələri və ya Nazirlər Kabinetinin müvafiq qərarı çərçivəsində müəyyənləşməsi gözlənilir.


MANŞET XƏBƏRLƏRİ