Rubiodan İrana sərt tələb: “Nyu-Yorku dərhal tərk edin”


ABŞ Dövlət katibi Marko Rubio danışıqların dalana dirənməsindən sonra İran nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməsini tələb edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

ABŞ rəsmisi “Axios”a bildirib ki, Rubio İran nümayəndə heyətinin Nyu-Yorkda qalma müddətini uzatmasını istəməyib.

“BMT Baş Assambleyası başa çatmışdı və onların getmə vaxtı gəlmişdi”, - deyə, ABŞ rəsmisi qeyd edib.

Məlumata görə, Ağ Ev bazar ertəsi səhər saatlarında İranla danışıqlarda irəliləyiş əldə olunacağına ümid edib. Lakin günortadan sonra danışıqların çıxılmaz vəziyyətə düşdüyü məlum olub.

İkinci mənbə də ABŞ-ın İran nümayəndə heyətindən ölkəni tərk etməsini istədiyini təsdiqləyib. Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçinin bazar ertəsi gecə Tehrana qayıtmasının planlaşdırıldığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ