Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı


Suriyanın Hama əyalətində mikroavtobusa silahlı hücum nəticəsində yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Misiyaf körpüsündə mikroavtobusun atəşə tutulması nəticəsində yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Hücumdan sonra əraziyə mülki müdafiə dəstələrinin göndərildiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ