Suriyada qaz kəmərində partlayış: 3 elektrik stansiyası sıradan çıxdı


Suriyada qaz boru kəmərində baş verən partlayış üç elektrik stansiyasının fəaliyyətini dayandırıb.

Turkustan.az xəbər verir ki, Suriya Elektrik Şirkətinin (SEC) məlumatına görə, partlayış Tişrin elektrik stansiyasında qaz boru kəmərində baş verib.

Partlayışdan sonra Tişrin, Deyr Əli və Nasiriyyə elektrik stansiyalarının fəaliyyəti üçün zəruri olan qaz təchizatı dayandırılıb.

Şirkət bildirib ki, stansiyaların fəaliyyətinin dayanması elektrik enerjisi istehsalının azalmasına səbəb olacaq. Mövcud istehsal gücünün azalması səbəbindən elektrik kəsintilərinin müvəqqəti olaraq artacağı gözlənilir.

Partlayışdan sonra baş verən yanğın söndürülüb. Mütəxəssis qrupları hadisənin səbəblərini araşdırmaq və elektrik stansiyalarının fəaliyyətini bərpa etmək üçün işlərini davam etdirir.

Şirkət vəziyyətlə bağlı yeniliklərin ictimaiyyətə vaxtında açıqlanacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ