ABŞ Prezidenti Donald Tramp İraqdakı sonuncu ABŞ qoşunlarının ölkədən çıxarılmasından məmnunluğunu ifadə edib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, sonuncu Amerika qüvvələrinin İraqı tərk etməsi onun üçün məmnunverici hadisədir.
“Çox səhv qərarlar nəticəsində bu bataqlığa düşməyimizdən uzun müddət keçib. Lakin tezliklə bu da tarixin bir hissəsinə çevriləcək”, - deyə Tramp qeyd edib.
Tramp bu günün ABŞ üçün “əla” gün olduğunu vurğulayıb. O, İraqı əvvəldən dəstəklədikləri Baş nazir Əli əz-Zeydiyə həvalə etdiklərini bildirib.
ABŞ Prezidenti 2003-cü ildə keçmiş prezident Corc Buşun dövründə başlayan prosesin onun rəhbərliyi altında başa çatdığını qeyd edib. Tramp bu günü ABŞ və İraq üçün İŞİD-ə qarşı “qəti qələbə” kimi xarakterizə edib.
Aytən Yaşar/ Turkustan.az