DTX-nin saxlandığı Saleh Səmədova cəza istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Turkustan.az-ın məlumatına görə, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.

Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 7 oktyabr saat 11:45-ə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib./oxu.az


MANŞET XƏBƏRLƏRİ