Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla imzaladığı Məkkə Birgə Müdafiə Sazişinin həyata keçirilməsində əldə olunan irəliləyişi alqışlayıb.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi SPA xəbər agentliyinin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında saziş çərçivəsində görülən işlər müzakirə olunub.
Nazirlər Şurası Məkkə Birgə Müdafiə Sazişinin baş katibliyinin yaradılması, eləcə də bununla bağlı komitə və işçi qruplarının formalaşdırılması istiqamətində əldə olunan irəliləyişdən məmnunluğunu bildirib.
Şura həmçinin xarici işlər nazirləri və baş qərargah rəislərinin görüşlərində üç ölkə arasında koordinasiya və inteqrasiyanın gücləndirilməsi istiqamətində atılan addımları alqışlayıb.
Bildirilib ki, məqsəd saziş üzrə öhdəlikləri birgə çəkindirmə və kollektiv müdafiəni gücləndirəcək hərbi əməkdaşlığa çevirməkdir.
Aytən Yaşar/ Turkustan.az