ABŞ Prezidenti Donald Tramp İranın sonda təslim olacağını iddia edib və Tehranın hazırda “çox pis vəziyyətdə” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin bağçasında texnologiya və süni intellekt şirkətlərinin nümayəndələri ilə birlikdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
İranın təslim olmağa, yoxsa güzəştə getməyə hazırlaşdığı barədə suala Tramp belə cavab verib:
“Onların hələ təslim olub-olmayacağını bilmirəm, amma sonda təslim olacaqlar. Lakin onların vəziyyəti çox pisdir”.
ABŞ Prezidenti həmçinin son bir neçə həftə ərzində Hörmüz boğazından “başqa vaxtlardan daha çox neft” nəql edildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az