Qətər Netanyahunu hədəf aldı: "Günahkar odur"


Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin Baş naziri Binyamin Netanyahunu “müharibə cinayətkarı” adlandırıb.

Turkustan.az xəbər verir ki, Əl Tani britaniyalı jurnalist Piers Morqanın “Piers Morgan Uncensored” proqramına müsahibəsində bölgədə baş verən hadisələr barədə danışıb.

Qətərli nazir Netanyahunun özünün və hökumətinin əməllərinə nəzər salmaq əvəzinə məsuliyyəti başqalarının üzərinə atmağa çalışdığını bildirib.

“Netanyahu müharibə cinayətkarıdır. O, öz hərəkətlərinin günahını başqalarının üzərinə atmağa çalışır”, – deyə, Əl Tani qeyd edib.

O, Qəzza zolağında törədilən əməllərin müharibə cinayəti olduğunu və Netanyahunun buna görə məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb. Əl Taninin sözlərinə görə, İsrail Baş naziri Qətərə hücum etməklə ictimai rəyi manipulyasiya etməyə və baş verənlərlə bağlı yanlış təsəvvür yaratmağa çalışır.

Qətərin Baş naziri, həmçinin regional vəziyyətin mürəkkəbliyinə baxmayaraq, ölkəsinin diplomatiyaya üstünlük verməyə və sülh naminə vasitəçilik rolunu davam etdirməyə sadiq olduğunu bildirib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ