Türkiyə Məkkə müqaviləsi çərçivəsində özünün inteqrasiya olunmuş “Çelik Kubbe” (Polad Qübbə) Hava Hücumundan Müdafiə (HHM) sisteminin komponentlərini Səudiyyə Ərəbistanında yerləşdirə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə hərbi ekspert Naim Babüroğlu çıxışında bildirib.
"A Haber" telekanalının efirində çıxış edən ekspert qeyd edib ki, saziş çərçivəsində Ər-Riyada yardımın bir neçə variantı, o cümlədən Türkiyənin müdafiə texnologiyalarının Səudiyyə Ərəbistanı ərazisində yerləşdirilməsi nəzərdən keçirilir.
Ekspert Naim Babüroğlunun sözlərinə görə, “Çelik Kubbe” ölkəni ballistik və qanadlı raketlərdən, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından qorumaq üçün cəlb edilə bilər.
O, bu ssenarini “çox ehtimallı” adlandırıb.
Həmçinin bəyan edilib ki, Səudiyyə Ərəbistanının ABŞ-nin "Patriot" və "THAAD" sistemləri bazasında mövcud olan HHM sistemi acınacaqlı vəziyyətdədir./Musavat.com