Trampdan İrana sərt xəbərdarlıq: “Çətin dərs verdik”


ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən blokadanı müdafiə edib və bunun çox təsirli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Evin bağçasında 11 sentyabr terror hücumlarının qurbanlarının anım mərasimi zamanı çıxış edən Tramp İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verilməyəcəyini vurğulayıb.

ABŞ prezidenti İranın sərt şəkildə cəzalandırıldığını bildirərək deyib: “Biz onlara həqiqətən də çətin dərs verdik”.

Tramp qeyd edib ki, ABŞ hazırda müharibə vəziyyətindədir, çünki nüvə silahı əldə etmək istəyən bir ölkə mövcuddur. O, 11 sentyabr hücumlarından sonra ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi üçün bütün mümkün addımların atıldığını və belə hücumların bir daha baş verməməsi üçün hər şeyin ediləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ