Ukrayna indi də "Ozon"un anbarlarını vurur - FOTO


Ukrayna ordusu ilk dəfə olaraq məşhur "Ozon" şirkətinin anbarını hədəfə alıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Şirkət "Max" messencerindəki rəsmi kanalında hücumu təsdiqləyib. Qeyd edilib ki, Samara bölgəsindəki logistika kompleksinə Pilotsuz Uçuş Aparatları (PUA) tərəfindən hücum edilib.

Bəyanatda deyilir: "Hücum nəticəsində anbarda yanğın baş verib. Bütün sistemlər normal işləyib və bir neçə dəqiqə ərzində 500-dən çox işçi təxliyə edilib."

"Ozon" hadisə nəticəsində xəsarət alan və zərər görənlərin də olduğunu bildirib. Şirkət bütün lazımi yardımı göstərəcəyinə söz verib. Hazırda hadisə yerində təcili yardım xidmətlərinin ekspertləri işləyir, həkimlər də yanğın olan əraziyə cəlb ediliblər./publika.az

Photo


MANŞET XƏBƏRLƏRİ