Qarabağ erməniləri pullarını tələb edir – “Artsaxbank”dan gözlənilməz cavab


Qarabağ ermənilərinin uşaqlarının adına açılmış əmanətlərin vaxtından əvvəl qaytarılması ilə bağlı mübahisə yaranıb.

Turkustan.az xəbər verir ki, “Artsaxbank” Qarabağdakı keçmiş separatçı qurumun uşaq əmanətlərinin vaxtından əvvəl vətəndaşlara qaytarılması barədə qərarının bankla razılaşdırılmadan qəbul edildiyini bildirib.

Bankın açıqlamasına görə, sözügedən qərar Ermənistan qanunvericiliyinə ziddir. Buna görə də əmanətlərin müqavilədə nəzərdə tutulan müddətdən əvvəl qaytarılması üçün hüquqi əsasın olmadığı bildirilir.

Məlumata görə, məsələ ilə əlaqədar vətəndaşlar Ermənistanın maliyyə ombudsmanına da müraciət ediblər. Lakin ombudsman onların uşaq əmanətlərinin vaxtından əvvəl verilməsi ilə bağlı tələblərini rədd edib.

Beləliklə, Qarabağdakı keçmiş separatçı qurumun qəbul etdiyi qərara baxmayaraq, “Artsaxbank” uşaqların adına açılmış əmanətləri vaxtından əvvəl qaytarmaqdan imtina edir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ