İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, yerin 35 km dərinliyində yerləşib.
Yeraltı təkanlar nəticəsində 5 nəfər ölüb. Adada yaşayış və dövlət binaları, eləcə də digər infrastruktur obyektləri zədələnib. /axar.az/